Dünyada və Azərbaycanda yolxucu xəstəliklərlə bağlı epidemioloji vəziyyət sabit deyil.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, bir çox yolxucu xəstəliklər dünyada baş qaldırır. Xüsusilə qriplər, qripin ağır ştammlarının yayıldığını görürük, qızılca xəstəliyini vurğulamaq lazımdır.
“Yolxucu xəstəliklər gərək daim nəzarətdə olsun. Nəzarətin zəifləməsi bu xəstəliklərin alovlanmasına səbəb ola bilər. Səhiyyə orqanları gərək bu sahədə daim iş görsünlər.
Bunları nəzərə alaraq, Milli Məclisdə yolxucu xəstəliklərlə bağlı dinləmənin keçirilməsini təklif etmişik”, - deyə komitə sədri əlavə edib.