Xəbər lenti
Dəmir yumruq » Manşet » Ölkədə bəzi xəstəliklərdə azalma müşahidə edilib
Manşet / Cəmiyyət / 17-01-2024, 10:10

Ölkədə bəzi xəstəliklərdə azalma müşahidə edilib

 

Ötən ilin yanvar-noyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qarayara, ağciyər vərəmi ilə xəstələnmə halları azalıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.

Səhiyyə Nazirliyin məlumatlarına əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qarayara ilə (39,1 faiz), ağciyər vərəmi ilə (4,2 faiz), törədicisi müəyyən olmayan kəskin bağırsaq infeksiyaları ilə (0,8 faiz), sifilis ilə (0,4 faiz) xəstələnmə halları azalıb.

Həmçinin qeyd edilib ki, göyöskürək və malyariya xəstəlikləri, kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus isə ümumiyyətlə qeydə alınmayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.