Xəbər lenti
Dəmir yumruq » Manşet » Hərbi hissə, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri üzrə seçicilərin siyahısı dəqiqləşdirilir
Manşet / Siyasət / 17-01-2024, 09:48

Hərbi hissə, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri üzrə seçicilərin siyahısı dəqiqləşdirilir

 

Hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi müddəti sabah başa çatır.

Bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planında qeyd edilib.

Təqvim planına əsasən, siyahılar məntəqə seçki komissiyaları tərəfindən səsvermə gününə azı 20 gün qalanadək, 2024-cü il yanvarın 18-dək dəqiqləşdirilməlidir.

Qeyd edək ki, fevralın 7-də Azərbaycan prezident seçkiləri keçiriləcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.