Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident seçkilərində "exit-poll” keçirmək istəyənlər üçün son gün
Manşet / Siyasət / 17-01-2024, 09:46

Prezident seçkilərində "exit-poll” keçirmək istəyənlər üçün son gün

 

Fevralın 7-də keçiriləcək prezident seçkilərində "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi müddəti sabah başa çartır.

Bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planında qeyd edilib.

Təqvim planına əsasən, sənədlər Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 20 gün qalanadək, 2024-cü il yanvarın 18-dək qəbul edilir.

Qeyd edək ki, fevralın 7-də Azərbaycan prezident seçkiləri keçiriləcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.