Xəbər lenti
Dəmir yumruq » Manşet » Qeydə alınmış namizədlərin siyahısının dərc edilməsi müddəti sabah başa çatır
Manşet / Siyasət / 17-01-2024, 09:44

Qeydə alınmış namizədlərin siyahısının dərc edilməsi müddəti sabah başa çatır

 

Qeydə alınmış namizədlərin siyahısının dərc edilməsi müddəti sabah başa çatır.

Bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planında qeyd edilib.

Təqvim planına əsasən, siyahı Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 20 gün qalanadək, 2024-cü il yanvarın 18-dək dərc edilməlidir.

Bundan əlavə, səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi müddəti də yanvarın 18-də başa çatır.

Həmçinin, prezidentliyə namizədlərin ikinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti yanvarən 18-də başa çatır.

Qeyd edək ki, fevralın 7-də Azərbaycan prezident seçkiləri keçiriləcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.