"Financial Times" nəşri 2024-cü il üzrə proqnozlarını açıqlayıb.
Nəşr ABŞ-nin keçmiş prezidenti Donald Trampın seçkilərdə məğlub olacağını bildirib.
Nəşrin proqnozlarına görə, seçkilərdə ABŞ-nin hazırki prezidenti Co Bayden qələbə qazanacaq.
Bununla yanaşı, müəlliflər Trampın ən azı bir cinayət işinə görə mühakimə olunacağını proqnozlaşdırır.
Agentlik ABŞ və Avropa İttifaqının Ukraynanı maliyyələşdirməyə davam edəcəyini, İsrail-HƏMAS müharibəsinin Yaxın Şərqdə irimiqyaslı münaqişəyə çevrilməyəcəyini proqnozlaşdırıb.
Nəşrin müəllifləri həmçinin, amerikalı milyarder İlon Maskın sahib olduğu "X" sosial şəbəkəsinin müflis olacağını bildirib.
Qeyd olunub ki, agentliyin 2023-cü il üzrə 20 proqnozunun yalnız 3-ü düz çıxmayıb.