ABŞ-də noyabrda keçiriləcək prezident seçkilərində yalnız Demokratların qələbəsi Amerikanı xilas etməyə imkan verəcək.
Xarici KİV-lərə istinadən xəbər veririk ki, bunu ABŞ Prezidenti Co Bayden Pensilvaniya ştatında seçicilərin qarşısında çıxış edərkən deyib.
“Bu seçkilər Amerikanı xilas etmək üçün son şansınızdır”, - deyə ABŞ lideri qeyd edib.
Onun sözlərinə görə, keçmiş Prezidenti Donald Trampın Ağ Evə qayıtmaq səyləri ölkə üçün ciddi təhlükə daşıyır.
Bayden 2021-ci il yanvarın 6-sı Tramp tərəfdarlarının Konqres binasına hücumunu xatırladaraq deyib: “Biz o zaman az qala Amerikanı, hər şeyi itirirdik”.