Xəbər lenti
Dəmir yumruq » Manşet » Xarici ölkələrdə olan vətəndaşların səsverməsi üçün 49 seçki məntəqəsi yaradılıb
Manşet / Siyasət / 6-01-2024, 14:14

Xarici ölkələrdə olan vətəndaşların səsverməsi üçün 49 seçki məntəqəsi yaradılıb

 
Səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün yaradılan seçki məntəqələrinin sayı açıqlanıb.
 
Məlumata görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib ki, xarici ölkələrdə olan vətəndaşların səsverməsi üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
 
Səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması müddəti sabah başa çatır.
 
Məntəqələr seçicilərin olduqları ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən Səsvermə gününə azı 30 gün qalanadək 2024-cü il yanvarın 8-dək yaradılmalıdır.
 
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.