Xəbər lenti
Dəmir yumruq » Manşet » Xəzərdə dalğanın hündürlüyü 2.7 metrə çatıb - FAKTİKİ HAVA
Manşet / Cəmiyyət / 5-01-2024, 08:04

Xəzərdə dalğanın hündürlüyü 2.7 metrə çatıb - FAKTİKİ HAVA


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə Naxçıvan MR-da qısamüddətli yağıntı olub.

Xidmətdən verilən xəbərə görə, düşən yağıntının miqdarı Ordubadda 5 mm, Şahbuz, Naxçıvan 1 mm-dək olub.

Duman: Zərdab, Biləsuvar, Gəncə, Yevlax, Şamaxı, Qobustanda müşahidə olunub.

Külək: Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 16-21 m/s-dək, Lerikdə 18 m/s, Altıağacda 17 m/s, Şəkidə isə 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Havanın maksimal temperaturu: Bakıda və Abşeron yarımadasında 17 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək isti, aran rayonlarında 16 dərəcəyədək isti, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti olub.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.