Xəbər lenti
Dəmir yumruq » Manşet » Növbəti 3 gündə hava necə olacaq? - AÇIQLAMA
Manşet / Cəmiyyət / 4-01-2024, 11:14

Növbəti 3 gündə hava necə olacaq? - AÇIQLAMA

 
Yanvarın 5-6-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
 
O qeyd edib ki, yanvarın 6-sı səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var:
 
"Mülayim cənub qərb küləyi 6-da arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Küləyin maksimal sürəti bəzi yerlərdə 25-30 m/saniyəyə çatacaq. Axşama doğru külək zəifləyəcək. Havanın temperaturu günorta saatlarında 8-13 dərəcə isti olacaq. Bölgələrdə də yanvarın 5-i günün birinci yarısında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz Qərb rayonlarından başlayaraq 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
 
Ayrı-ayrı yerlərdə - Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi-Zəngəzur bölgəsində və Quba, Qusar rayonlarında yağıntıların intensiv olacağı ehtimal olunur".
 
G.Məmmədovanın sözlərinə görə, 6-sı gündüz saatlarından yağıntıların kəsiləcəyi, 7-də əksər rayonlarda yağmursuz hava şəraitinin olacağı gözlənilir. Qərb küləyi bəzi bölgələrdə arabir 25-30 m/saniyəyədək güclənəcək.
 
Havanın temperaturu aran rayonlarında Aran rayonlarında günorta saatlarında 10-15 dərəcə isti, dağlıq rayonlarda isə 2 dərəcə şaxtadan, 2 dərəcəyədək isti olacaq.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.