Xəbər lenti
Dəmir yumruq » Manşet » İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə dəyişdi
Manşet / Siyasət / 29-12-2023, 10:33

İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə dəyişdi

 
“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilib.
Bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb.
 
Sənədlə əsasnamənin 8.13-cü bəndi yeni redaksiyada verilib:
 
“8.13. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti:
 
8.13.1. xaricə daimi yaşamağa getmək hüququ “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılmış dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşları və ya sabiq əməkdaşları haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi;
 
8.13.2. əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi məqsədilə məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi;
 
8.13.3. Sistemdə tətbiq olunan informasiya mühafizə, o cümlədən şifrləmə vasitələrinə aid təkliflərin verilməsi.”;
 
Bundan əvvəl isə həmin bənd belə idi:
 
" Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti:
 
sərhədkeçməyə məhdudiyyət qoyulan şəxslərin müəyyənedici və qeydiyyat məlumatlarının Sistemə daxil edilməsi;".
 
Əsasnaməyə 8.13-1-ci və 8.13-2-ci bəndlər əlavə edilib:
 
“8.13-1. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:
 
8.13-1.1. xaricə daimi yaşamağa getmək hüququ “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi ilə müəyyən edilmiş qaydada dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları və ya sabiq əməkdaşları haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi;
 
8.13-1.2. əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi məqsədilə məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi;
 
8.13-1.3. Sistemdə tətbiq olunan informasiya mühafizə, o cümlədən şifrləmə vasitələrinə aid təkliflərin verilməsi;
 
8.13.1.4. fəaliyyət istiqamətlərinə uyğun olaraq sistemdaxili audit fəaliyyətinin həyata keçirilməsi.
 
8.13-2. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi:
 
8.13-2.1. xaricə daimi yaşamağa getmək hüququ “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi ilə müəyyən edilmiş qaydada dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları və ya sabiq əməkdaşları haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi.”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.