Xəbər lenti
Dəmir yumruq » Manşet » Güclü küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Manşet / Cəmiyyət / 28-12-2023, 17:23

Güclü küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti müşahidə olunub.
 
Bu barədə  Xidmətdən bildirilib.
 
Şimal-qərb küləyinin maksimal sürəti arabir Şəkidə 32 m/s, Mingəçevirdə 27 m/s, Naftalanda 24 m/s, İsmayıllıda 22 m/s, Neftçala, Zaqatala, Qax, Tovuzda 20 m/s, Şirvan, Yevlaxda 19 m/s, Oğuz, Gəncədə 18 m/s, Tərtər, Gədəbəy, Şəmkirdə 16 m/s, Kəlvəzdə 15 m/s-dək güclənib, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək zəifləyib.
 
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.5 metrə çatıb.
 
Bakıda və Abşeron yarımadasında, Şabran, Lənkəran, Astarada yağış, Şəki, Qobustan, Altıağac, Şamaxı, Xaltan, Şahdağ, Qrız, Qusar, Quba, Qaxda (Sarıbaş) qar yağır.
 
Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 14 dərəcəyədək isti, Aran rayonlarında 14-18 dərəcə isti, dağlıq rayonlarda 2-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.