Xəbər lenti
Dəmir yumruq » Manşet » Bu nazirlik dövlət qurumlarının texnoloji avadanlığına və proqram təminatına dair texniki tələbləri müəyyən edəcək
Manşet / Cəmiyyət / 28-12-2023, 17:17

Bu nazirlik dövlət qurumlarının texnoloji avadanlığına və proqram təminatına dair texniki tələbləri müəyyən edəcək

 
Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası təsdiq edilib.
 
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
 
Qərara əsasən, dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir.
 
Bu Qayda ali kateqoriya dövlət orqanları, mühafizə olunan şəxslər, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri tərəfindən, habelə qorunan obyektlər və dövlət sirri təşkil edən məlumatların işlənilməsi üzrə istifadə edilməsi nəzərdə tutulan texnoloji avadanlığa və proqram təminatına şamil olunmur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.