Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycan tərəfi erməni hərbçiləri təhvil verdi - Görüntüləri təqdim edirik - (FOTO)
Manşet / Siyasət / 13-12-2023, 13:58

Azərbaycan tərəfi erməni hərbçiləri təhvil verdi - Görüntüləri təqdim edirik - (FOTO)

 

Rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsi və yekun sülh müqaviləsinin imzalanması istiqamətində növbəti addım atılıb.

Məlumata görə, 32 erməni hərbçisi azad olunaraq Ermənistana qaytarılıb.

Təhvil vermə prosesində hər iki ölkənin müvafiq dövlət qurumlarının və beynəlxalq təşkilatların əməkdaşları iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.