Xəbər lenti
Dəmir yumruq » Manşet » Üç il ərzində istehlak kreditləri üzrə "YAŞAT"ın xərclədiyi vəsait açıqlandı
Manşet / Cəmiyyət / 8-12-2023, 09:18

Üç il ərzində istehlak kreditləri üzrə "YAŞAT"ın xərclədiyi vəsait açıqlandı

 
“Yaşat” Fondu tərəfindən üç il ərzində istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin 3 və yaralıların 1 379 müraciəti olmaqla ümumilikdə 2 300 müraciət təmin edilib.
 
Bu barədə "YAŞAT"ın rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 3 illik fəaliyyəti ilə bağlı hesabat konfransında deyib.
 
O qeyd edib ki, ötən üç il ərzində istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 7 011 408.82 AZN təşkil edir.
 
“Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 AZN borc ləğv edilib”,- deyə E. Hüseynov qeyd edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.