Prezident İlham Əliyev “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 5.1-ci bəndində “5 642 390 (beş milyon altı yüz qırx iki min üç yüz doxsan)” sözləri “245 157 852,36 (iki yüz qırx beş milyon yüz əlli yeddi min səkkiz yüz əlli iki manat otuz altı qəpik)” sözləri ilə əvəz edilib.