Boğaz ağrısı bir çox insanın həyatı boyu qarşılaşdığı ümumi sağlamlıq problemlərindən biridir. Havalar soyumağa başlayanda hər mövsüm dəyişikliyində olduğu kimi bir çox insan boğaz ağrısından şikayətlənməyə başlayıb.
Müxtəlif səbəblərə görə inkişaf edə bilsə də, boğaz ağrısının ən çox yayılmış səbəbi infeksiyalardır. Zaman- zaman yalnız boğazı və ya tənəffüs yollarının digər orqanlarını tutaraq meydana gələn infeksiyalarda ağrı ilə yanaşı, udma çətinliyi, öskürək, boğazda qaşınma və quru boğaz kimi simptomlar da müşahidə oluna bilər.
İnfeksiyalarla yanaşı müxtəlif mədə xəstəlikləri, allergik xəstəliklər, tənəffüs problemləri və tütün istifadəsi kimi müxtəlif səbəblərdən boğaz ağrıları yarana bilər.Əsasən yüngül formada olan boğaz ağrılarında heç bir tibbi müalicəyə ehtiyac olmadan bol maye qəbul etmək, yumşaq qidalarla qidalanma kimi bəzi tədbirlər görülərək və boğaz ağrısını aradan qaldırmaq üçün sorma tabletlərdən istifadə etməklə xəstəlik bir neçə gün ərzində sağalır.
Hiss olunan ağrı boğazda qıcıqlanma və ya qaşınma kimi də qəbul edilə bilər. Viral infeksiyalar bu simptomların ən çox yayılmış səbəbidir. Xüsusən də boğaz ağrısı yorğunluq kimi əlamətlərlə müşayiət olunduqda yoluxma ehtimalı yüksəkdir.
Boğaz ağrısının səbəbi bakterial infeksiyadırsa, antibiotiklərin istifadəsi də daxil olmaqla fərqli bir müalicə tətbiq edilə bilər. Boğaz ağrısı qızdırma, öskürək, qulaq ağrısı və udma problemləri kimi problemlərə də səbəb ola bildiyi üçün bunlar üçün müalicə tətbiqləri də lazım ola bilər.
Boğaz ağrısı boğaz nahiyəsində yüngül, orta və ya şiddətli ağrı hissidir. Boğaz ağrısı yaşayan bir çox insan da fərqli simptomlara malikdir. Boğaz ağrısı ilə əlaqəli xəstəliklərdə görülə bilən digər simptomlar bunlardır: boğazda narahatlıq, yanma və qaşınma; udarkən, danışarkən və yemək yeyərkən ağrının güclənməsi;boğazda yad cismin sancması hissi; səs dəyişməsi; quru və ya bəlğəmli öskürək; ağızı açarkən və ya çənəni hərəkət etdirərkən ağrı və s.
Bu kimi hallarla üzləşən hər bir insan “Boğaz ağrısına nə yaxşı kömək edir?”, “Boğaz ağrısını necə aradan qaldırmaq olar?” suallarına cavab axtarmağa başlayır.
Boğazınızda xoşagəlməz hisslər olarsa- ağrı, yanma, qaşınma, öskürək -dərhal Agisept sorma pastillərini qəbul etməyə başlayın!
Agisept sorma pastili boğaz ağrısını sakitləşdirir, yumşaldıcı və antiseptik təsirə malikdir. Boğazda bütün xoşagəlməz simptomları yüngülləşdirir . Tərkibinə daxil olan komponentlər anında hərəkət edərək ağrıları aradan qaldırır və boğazdakı infeksiya ilə mübarizə aparır.
İki fərqli buraxılış forması var:
Agisept bal və limon
Agisept mentol-evkalipt
Böyüklər və 6 yaşdan yuxarı uşaqlar üçün uyğundur.
Sifariş və məlumat üçün:
*7700
+994 77 603 77 00 (WhatsApp)
aptekonline.az