Xəbər lenti
Dəmir yumruq » Manşet » Məktəblərdə qızılcayla bağlı dezinfeksiya işləri aparılır
Manşet / Cəmiyyət / 2-12-2023, 13:16

Məktəblərdə qızılcayla bağlı dezinfeksiya işləri aparılır

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinə start verilib.
 
Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
 
Qeyd edilib ki, paytaxt məktəblərində şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
 
BŞTİ-nin təşəbbüsü ilə təhsil müəssisələrində aparılan dezinfeksiya işləri davamlı xarakter daşıyır və vəziyyət nəzarətdə saxlanılır.
 
Bildirilib ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Səhhətində narahatlıq müşahidə edilən məktəblilərin valideynləri ilə əlaqə saxlanılır, vəziyyətə uyğun tədbirlərin görülməsi təmin edilir.
 
Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.