Xəbər lenti
Dəmir yumruq » Manşet » Şamaxıda Üzüm və Şərab Festivalı başa çatdı
Manşet / Cəmiyyət / 27-11-2023, 06:59

Şamaxıda Üzüm və Şərab Festivalı başa çatdı

 

Şamaxının Meysəri kəndində həftəsonu keçirilən Üzüm və Şərab Festivalı başa çatıb.

Trend xəbər verir ki, Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25-26 noyabr tarixlərində keçirilən festival Şamaxı və rayonun qonaqlarının böyük marağına səbəb olub və parlaq məqamları ilə yadda qalıb. Ziyarətçilər həm festivalda uzumçülük və şərabçılıqla bağlı təqdimatları izləyə bilib, həm də əyləncə dolu həftəsonu keçiriblər.

İkinci dəfədir keçirilən festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixini və bu sahədə görülən işləri geniş ictimaiyyətə çatdırmaqdır.


Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisi sərgi, əyləncə, uşaq, piknik, suvenir və digər zonalara bölünüb, şərab və yemək pavilyonları quraşdırılmışdı. Festivalda ölkəmizdə üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə bağlı müxtəlif tədbirlər olub.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.