Xəbər lenti
Dəmir yumruq » Manşet » İraq prezidentinin Azərbaycana ilk səfəri ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir.
Manşet / Siyasət / 22-11-2023, 16:42

İraq prezidentinin Azərbaycana ilk səfəri ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir.

 

Diplomatik əlaqələr tarixində bu  səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq.

Noyabrın 19-da İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana rəsmi səfər edib. 20 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Azərbaycan ilə İraq arasında siyasi əlaqələrin, iqtisadi-ticarət əlaqələrinin, parlamentlərarası və regional əməkdaşlığın və mədəni mübadilənin davamlı şəkildə inkişaf etdirilməsi üçün faydalı müzakirələr və danışıqlar aparılmış, eyni zamanda “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” da daxil olmaqla bir sıra mühüm əməkdaşlıq sazişləri imzalanmışdır. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev çıxışı əsnasında qeyd edib ki, Əbdüllətif Camal Rəşidin səfəri diplomatik əlaqələr boyunca İraq prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əslində bu həm İraq, həm də dövlətimiz üçün tarixi hadisədir. Və şübhəsiz ki, cari səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq.

İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda birgə əməkdaşlıq həyata keçirir və həmrəylik nümayiş etdirir. BMT-da, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, ən əsası isə ölkələrimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik.

Prezident İlham Əliyev İraq prezidentini Ermənistanla Azərbaycan arasındakı hazırki vəziyyətlə bağlı məlumatlandırmaq və ötən əsrin sonlarında baş vermiş hadisələrə yenidən nəzər salmaq üçün bir sıra tarixi həqiqətləri xatırladıb. Prezident İlham Əliyev qeyd edib ki, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi, etnik təmizləmə siyasəti həyata keçirdi ki, bu da bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndi. Eyni zamanda vurğulayıb ki, faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi.

ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi. Cənab prezident qeyd edib ki, biz ümid edirdik ki, Ermənistan öz öhdəliklərinə əməl edəcək və hərbi kontingentinin qalan hissəsini Azərbaycan ərazisindən çıxaracaq, lakin bu, baş vermədi. 3 il çox səbirli olduq, Ermənistanla birbaşa təmaslarımız, beynəlxalq vasitəçilər vasitəsilə mesaj göndərməyə çalışdıq ki, bu, qəbuledilməzdir, biz hətta Azərbaycanın kiçik bir hissəsində qanunsuz separatçı rejimin olmasına imkan verə bilmərik. Əfsuslar olsun ki, Ermənistan hökuməti bizə qulaq asmadı. Qərbdəki məsləhətçilərinin təsirinə düşərək vəziyyəti daha da ağırlaşdırdılar. Bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazimizdə antiterror tədbirini apardıq. Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı.

İraq Respublikasının prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata bəyanatında dövlətimizin başçısı eyni zamanda bütün regionun siyasi gündəmini növbəti dəfə müəyyən etdi və başlıca olaraq xalqımızın siyasi iradəsini nümayiş etdirdi. Və bununla ölkə başçımız regionda siyasi maraqları olan qüvvələri ölkəmizin artan nüfuz və gücü ilə hesablaşmağa bir daha vadar etdi.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.