Qarakənd faciəsi, 20 noyabr hadisəsinin növbəti ildönümüdür.
1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsusu “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub. 1991-ci il noyabrın 20-də “Mi-8” hərbi vertolyotunda həlak olanlar: Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi; İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror; Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri; Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini; Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili; Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili; Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri; Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini; İqor Aleksandiroviç Plaviski – DQMB-nin prokuroru; Vladimir Vladimiroviç Kovalyov - DQMB-nin Daxili İşlər İdarəsinin rəisi; Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi; Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı; Sanlal Dasumoviç Serikov – Qazaxıstan daxili işlər nazirinin müavini; Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru; Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant; Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi; Alı Mustafa oğlu Mustafayev – telejurnalist; Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı; Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator; Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri; Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü; Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü =====================================
Allah bütün şəhidlərimizə rəhmət etsin.