Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycan Ordusu Ermənistanın mövqelərinə atəş açmayıb - Müdafiə Nazirliyi
Manşet / Siyasət / 18-11-2023, 16:22

Azərbaycan Ordusu Ermənistanın mövqelərinə atəş açmayıb - Müdafiə Nazirliyi


 
Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
 
Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.
 
"Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik.
 
Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir", - məlumatda deyilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.