Xəbər lenti
Dəmir yumruq » Manşet » Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Manşet / Cəmiyyət / 18-11-2023, 09:11

Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

 
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 18-nə olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə qar yağıb.
 
Xidmətdən  verilən məlumata görə, düşən yağıntının miqdarı Qaxda 16 mm, Quba, Gədəbəydə 10 mm, Qusar, Şəkidə 6 mm, Ordubad, Xaltan, Şahdağda 5 mm, Göygöl, Şahbuz, Zaqatala, Altıağac, Qrızda 4 mm, Daşkəsən, Gəncə, Şamaxı, Qobustanda 3 mm, Naxçıvan, Şərur, Culfa, Şabran, İsmayıllı, Mingəçevir, Lerikdə 2 mm, Tərtər, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Xaçmaz, Salyan, Biləsuvar, Lənkəran, Yardımlı, Astara, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
 
Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm, Qrızda 1 sm olub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.