Xəbər lenti
Dəmir yumruq » Manşet » Beynəlxalq Ədalət Məhkəməsi saxlanılan separatçılarla bağlı Ermənistanın iddiasını təmin etməyib - Rəsmi Bakı
Manşet / Siyasət / 17-11-2023, 17:25

Beynəlxalq Ədalət Məhkəməsi saxlanılan separatçılarla bağlı Ermənistanın iddiasını təmin etməyib - Rəsmi Bakı

 
Separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Azərbaycanın istintaq tədbirlərinə dair Ermənistanın iddiasını təmin edilməyib.
 
Bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı XİN-in məlumatında bildirilib.
 
"Məhkəmə Ermənistanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvədə olan maddələrinə uyğun olaraq hərbi təcavüz, separatizmi qızışdırmaq, terror aktları və s. ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Azərbaycanın istintaq tədbirlərinə dair Ermənistanın iddiasını eyni şəkildə təmin etməyib. Azərbaycan Ermənistanın və bütün digər tərəflərin qanuni istintaq tədbirlərinə müdaxiləsini dayandıracağını gözləyir"- məlumatda vurğulanıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.