Xəbər lenti
Dəmir yumruq » Manşet » Ölkədə boşanmalar artdı - STATİSTİKA
Manşet / Cəmiyyət / 17-11-2023, 16:48

Ölkədə boşanmalar artdı - STATİSTİKA

 
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 39134 nikah və 16226 boşanma halları qeydə alınıb.
 
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,1-ə düşmüş, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.
 
Qeyd edək ki, Azərbaycanda son aylarda nikahların saynın azalması, boşananların sayının arması müşahidə edilir.
 
Qeyd edək ki, Ədliyyə Nazirliyinin məlumatına görə, boşanmaların səbəbləri xasiyyətlərin tutmaması, uşaqlarının olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluq, narkomaniya, maddi durum, mənzilin olmaması, ərin (arvadın) əlilliyi, uzun müddət ayrı yaşamaq, oğurluq və kənar müdaxilələrdir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.