Xəbər lenti
Dəmir yumruq » Manşet » Dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
Manşet / Cəmiyyət / 30-07-2023, 09:44

Dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

 

İyulun 30-u saat 10:00-a olan məlumata əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, Balakəndə (Balakənçay) 36 millimetr, Astarada 34 millimetr, Mingəçevirdə yeddi millimetr, Göygöldə altı millimetr, Balakən, Lerik, Yardımlı, Qrız, Qax, Oğuz, Qəbələ, Şəki, Gəncə, Şahdağ, Şamaxı, Qusar, Xaçmaz, Quba, Göyçay, Goranboy, Biləsuvar, Şəmkir, Daşkəsən, Xınalıq, Lənkəranda beş millimetrədək yağıntı düşüb.

Saat 08:30 radələrində isə Balakən rayonunda xırda dənəli dolu düşüb.

İyulun 29-da gün ərzində şimal-qərb küləyi arabir Neftçala, Naftalanda 20 m/s, Beyləqanda 18 m/s, Tərtərdə 16 m/s, Şirvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.4 metrə çatıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.