Qərbi Afrika ölkəsi olan Nigerdə hərbçilər ölkə prezidenti Məhəmməd Bazumun vəzifədən uzaqlaşdırıldığını və ölkənin sərhədlərinin bağlandığını elan ediblər.
Qiyamçıların polkovniki Amadou Abdraman Nigerin milli televiziyasında çıxış edərək müdafiə və təhlükəsizlik qüvvələrinin bəyanatını oxuyub.
Onun sözlərinə görə, ölkənin sərhədləri bağlanılıb və ümummilli komendant saatı elan edilib,
“Respublikanın bütün qurumlarının fəaliyyəti dayandırılır”, - deyə qiyamçı polkovnik vurğulayıb.
Qeyd edək ki, Nigerdə dövlət çevrilişi ölkə prezidenti Məhəmməd Bazumun üsyanı başladan prezident qvardiyasının komandiri Ömər Çianini işindən kənarlaşdırılması nəticəsində baş verib.
Mənbə: Reuters