Dəmir yumruq » Manşet » Nobel mükafatı qazanmaq iddiası olan Şəkili şagird...
Manşet / Sosial / 25-07-2023, 14:34

Nobel mükafatı qazanmaq iddiası olan Şəkili şagird...

 

Abbaszadə Rasim Yusif oğlu - 2008-ci il təvəllüdlüdür. O, Şəki Kimya Biologiya Təmayüllü Liseyin 9-cu sinif şagirdidir. 
Rasim 14 iyul 2023-cü il tarixində Respublika Fənn Olimpiadalarının mükafatlandırılma mərasimində  Biologiya fənnindən birincilərin birincisi olaraq qızıl medal ilə təltif olunmuşdur. Qeyd edək ki, Rasim Respublika Fənn Olimpiadalarında artıq sayca üçüncü qızıl medalını qazanıb. Yeniyetmə şagirdin arzusu gələcəkdə məşhur bioloq olub, yeni kəşflər edərək “Nobel” mükafatı qazanmaqdır.
Onun Biologiyaya marağı hələ uşaq yaşlarından başlayıb. Lap kiçik yaşlarında “TRT belgesel” kimi kanallarda yayımlanan təbiət, canlı aləm və heyvanlardan bəhs edən verilişlərə baxar, oradakı təbiətin quruluşu onu çox maraqlandırar, heyran edərdi.  Hətta uşaq vaxtı oyuncaqlarının əksəriyyəti heyvanlar, sürünənlərdən ibarət idi. Onların çoxunu hələ də saxlayırmış... 
Yaxın gələcəkdə hədəflərindən biri beynəlxalq olimpiadalarda ölkəmizi layiqli təmsil etməkdir. Böyük hədəfi isə dünyanın tanınmış universitetlərindən birində təhsil almaq, biologiya sahəsində insanların əziyyət çəkdiyi xəstəliklərdən birinin peyvəndini tapmaq və bununla da Nobel mükafatını qazanmaqdır. Dolayısı ilə əsas hədəfi bəşəriyyətə, insanlara faydalı bir iş görə bilməkdir. Qismət… 
Onu da qeyd edək ki, O, 2023-cü il Respublika Fənn Olimpiadalarında Şəki şəhər məktəbli şagirdləri arasında tək qızıl medal qazanan şagirddir.
Onu təbrik edir, dərslərində müvəffəqiyyətlər diləyirik.



 



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.