Xəbər lenti
Dəmir yumruq » Manşet » “Azərsu” əhaliyə müraciət etdi
Manşet / Sosial / Cəmiyyət / 25-07-2023, 11:06

“Azərsu” əhaliyə müraciət etdi

 

Yay mövsümündə vətəndaşların bir qismi şəhərdən bağ evlərinə köçdüyündən, eləcə də bölgələrə və xaricə istirahətə getdiyindən müəyyən müddət mənzillərdə yaşayış olmur.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC-nin abonentlərinə müraciətində bildirilir.


Qurum bəyan edib ki, bu zaman sudan ya ümumiyyətlə istifadə edilmir, ya da qismən istifadə olunur. “Azərsu” ASC-nin əməkdaşları mənzilin və həyət evlərinin daxilindəki sayğaca baxış keçirib oxuma etmək istədikdə qapı bağlı olduğundan sayğacın real sərfiyyatına uyğun deyil, son 12 ayın orta sərfiyyatına uyğun bildiriş çap olunur. Sonradan evinə dönən abonentlər artıq borcun yaranmasından narahat olur, bununla bağlı “Azəsu”ya, cəmiyyətin yerli bölmələrinə çoxlu şikayət və müraciət edilir. Bu qeyri-dəqiqliyin həll yolu isə sonradan sayğacın real sərfiyyatına uyğun dürüstləşmə aparılmasıdır.

Bizimlə əlaqə saxlayın


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.