Bu gün hüquq müdafiəçisi, "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi"nin keçmiş sədri, xeyirxah əməlləri ilə xatirələrdə əbədi yaşayan mərhum Elşad Həmidovun doğum günüdür. Haqq-ədalətin bərqərar olması naminə köməyini əsirgəməzdi. Ümid çırağı olmaqla ömrünü şam təki əridərdi, Elşad müəllim öz haqq səsi ilə hər kəsə dayaq oldu. Elşad Həmidov "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi"nin Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi naminə gördüyü böyük işlər danılmazdır. Hər zaman dövlət və dövlətçiliyə qanunlarımızın aliliyi naminə sədaqətlə xidmət edir, vətənini, xalqını sevirdi. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elşad Nəcməddin oğlu Həmidovun ölümündən beş il ötməsinə baxmayaraq onun xatirəsi kollektivimizin qəlbində əbədi olaraq daim yaşayacaqdır. Qəbri nurla dolsun, Allah rəhmət eləsin. Mərhum Elşad müəllimin davamçısı olan bacısı “Mərhəmət Çırağı” jurnalının, “Merhemet.TV”-nin baş direktoru, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatçısı Gülnara xanıma dözüm və səbr arzulayırıq. Xatirənizi ehtiramla yad edirik.
Fərid Faiqoğlu
AJB-nin üzvü, “Xezertv.info”-nun baş redaktoru