Xəbər lenti
Dəmir yumruq » Manşet » Bakıda həkimlərin başına iş gəldi: "Whatsapp" dələduzluğu
Manşet / Sosial / 23-07-2023, 08:57

Bakıda həkimlərin başına iş gəldi: "Whatsapp" dələduzluğu

 

Azərbaycanda dələduzlar növbəti qurban kimi həkimləri seçib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı bir neçə həkim sosial media hesabında paylaşım edib.

Qeyd olunur ki, dələduzlar başqa nömrədən həkimlərin adından rəfiqələrinə “Whatsapp”da yazaraq onlardan pul istəyirlər. İnandırıcı olmaq üçün yeni açılmış vatsap profilinə adından istifadə edilən həkimin fotosu yerləşdirilir.

Onların bu metodu işə yarayıb və dələduzluq yolu ilə pul mənimsəməyi bacarıblar.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.