“Azərbaycanda İsrail səfirliyinə qarşı planlaşdırılan terrorun arxasında İran dayanır”.
Bu açıqlama ilə İsrailin xarici işlər naziri Eli Kohen çıxış edib.
İsrailli XİN başçısının sözlərinə görə, Azərbaycanda həbs edilən terrorçu İran tərəfindən maliyyələşdirilib və təlimatı birbaşa oradan alıb.
“İran terrorizmi qlobal təhlükədir, bunu biz son günlər İsrailin Bakıdakı səfirliyinə hücum cəhdində və son aylarda Kipr və Yunanıstanda israillilərə və yəhudilərə qarşı hücum cəhdlərində gördük. İrana qarşı yalnız birgə mübarizə nəticə verəcək və bununla da regionda sabitliyin pozulmasının qarşısını almaq mümkün olacaq”, - deyə Eli Kohen vurğulayıb.
Mənbə: Timesofisrael