Xəbər lenti
Dəmir yumruq » Manşet » Uşaq evində zorakılıq iddiası ilə bağlı DİN-dən açıqlama - YENİLƏNİB
Manşet / Sosial / 11-07-2023, 09:31

Uşaq evində zorakılıq iddiası ilə bağlı DİN-dən açıqlama - YENİLƏNİB

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə paylaşılan həmin görüntülər 2017-ci ildə qeydə alınıb:

“Həmin iddialarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılıb və fakt təsdiqini tapmayıb”.

Qeyd edək ki, görüntülərin Şəki Qarışıq Tipli Uşaq Evində çəkildiyi bildirilirdi.

10:12

Azərbaycanda yerləşən uşaq evlərinin birindən şikayət var.

Bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Belə ki, uşaqlardan biri orada şiddət gördüyünü bildirib:

“Bizi çubuq, taxta ilə döyür, başımıza, belimizə vururlar. Bizi o qədər döyürlər ki, özümü asmaq istəmişəm”.

Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, sözügedən görüntülər paytaxt ərazisində yerləşən uşaq evlərindən heç birində çəkilməyib.

İlhamə Əbülfət


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.