Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident: Multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir
Manşet / Siyasət / 13-03-2023, 17:33

Prezident: Multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir

Multikulturalizm və tolerantlıq xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlər olmaqla yanaşı, Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Roma Papası Fransiskə Tacqoyma Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alır.

“Əsrlər boyu müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir. Azərbaycandakı katolik dini icmasının daim böyük diqqət və qayğı ilə əhatə olunması bunun əyani göstəricisidir”, - deyə məktubda vurğulanır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.