Dəmir yumruq » İqtisadiyyat » Gələn ildən gəlir vergisi bu qədər olacaq
İqtisadiyyat / Dün, 09:09

Gələn ildən gəlir vergisi bu qədər olacaq

 

Gələn il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri artırılır.
 
Demiryumruq.az xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək tətbiq olunacaq.
 
Dəyişikliklərə görə, 2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.
 
2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.
 
Qeyd edək ki, hazırda qüvvədə olan vergi qanunvericiliyinə görə, 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılır.
 
Xatırladaq ki, Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştlərin müddəti artırılmayıb.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.