Dəmir yumruq » İdman » Kadi Borqes "Qarabağ"dan ayrılıb
İdman / 5-01-2023, 02:45

Kadi Borqes "Qarabağ"dan ayrılıb

Kadi Borqes "Qarabağ"ı tərk edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kadi Borgesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb. Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq. Keçidin detalları açıqlanmayıb.

Qeyd edək ki, Kadi 2021-ci ilin yayından "Qarabağ"da oynayırdı.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.