“Krasnodar” klubu “Qarabağ”dan ayrılan Kadi Borqesi heyətinə qatıb
Rusiyanın "Krasnodar" klubu "Qarabağ"dan ayrılan Kadi Borqesi heyətinə qatıb.
AZƏRTAC xəbər verir ki, Rusiya təmsilçisi bu barədə açıqlama yayıb.
Braziliyalı futbolçu tibbi müayinədən keçdikdən sonra onunla 2026-cı ilin iyununadək müqavilə imzalanacaq. Onun "Krasnodar"la təlim-məşq toplanışı üçün bu ay Dubaya gedəcəyi vurğulanıb.
Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçi 2021-ci ildən "Qarabağ"ın formasını geyinirdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır