Pelenin ölüm səbəbi açıqlanıb
Üçqat dünya çempionu Pele inkişaf etmiş xərçəng səbəbi ilə daxili orqanların çatışmazlığından ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə keçmiş idmançının yerləşdiyi San-Pauludakı Albert Eynşteyn klinikasının rəsmi bülletenində bildirilib.
“Albert Eynşteyn Klinikası Pelenin 29 dekabr tarixində saat 15:27-də (Bakı vaxtı ilə 22:27) proqressiv xərçəng fonunda çoxsaylı orqan çatışmazlığından ölməsi xəbərini acı bir şəkildə təsdiqləyir”, - məlumatda deyilir.
Qeyd edək ki, 1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. Pele karyerası ərzində 1279 qolla Ginnessin Rekordlar Kitabına düşüb.