“Fulhem”in hücumçusu ikinci dəfə Serbiyada ilin ən yaxşı futbolçusu seçilib
Serbiyada ilin ən yaxşı futbolçusu məlum olub.
AZƏRTAC xəbər verir ki, “Fulhem”in hücumçusu Aleksandar Mitroviç 2022-ci ilin ən yaxşı futbolçusu seçilib.
İyirmi səkkiz yaşlı futbolçu karyerasında ikinci dəfə ölkəsində ilin ən yaxşısı adına layiq görülüb.
Futbolçu cari ildə Serbiya millisinin heyətində 8 qol vurub. Milli komandanın heyətində 76 oyuna çıxan A.Mitroviç 51 dəfə rəqib qapısına yol tapmağı bacarıb.
Qeyd edək ki, hücumçu 2018-ci ildə də Serbiyadakı səsvermədə hamını qabaqlamışdı.