Luis Suares Braziliya klubu ilə anlaşıb
Futbol üzrə Uruqvay millisinin hücumçusu Luis Suaresin yeni klubu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 35 yaşlı futbolçu karyerasını Braziliyada davam etdirəcək. O, “Qremio” ilə anlaşıb. Təcrübəli forvardın klubla ikiillik müqavilə imzalayacağı gözlənilir.
Xatırladaq ki, uruqvaylı forvard ölkəsində “Nasyonal”ın formasını son dəfə geyinib. O, “Qroningen”, “Ayaks”, “Liverpul”, “Barselona” və “Atletiko” kimi klubların da uğurları üçün çalışıb.