Joze Mourinyo Portuqaliya millisini çalışdırmaq təklifini rədd edib
Roma” futbol klubunun baş məşqçisi Joze Mourinyo Portuqaliya millisini çalışdırmaq təklifini rədd edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Jornal de Notícias” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, milli federasiyanın təklifi Mourinyonu maraqlandırmayıb.
Mütəxəssis “Roma” klubunda 2024-cü ilədək bağlanan müqavilənin sonunadək fəaliyyətini davam etdirmək arzusunda olduğunu bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır