Dünya çempionatının finalı – Argentina-Fransa matçı start götürüb
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final oyunu – Argentina-Fransa matçı start götürüb.
AZƏRTAC xəbər verir ki, Argentina yığmasının start heyətində Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Nikolas Tagliafiko, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares yer alıblar.
Fransa seçməsinin heyətində isə meydana Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizman, Kilyan Mbappe, Usman Dembele, Olivye Jiru çıxıblar.
Matçı qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir. Ona yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç kömək göstərirlər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirir. Görüşün VAR hakimi isə Tomaş Kvyatkovskidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin