Ronaldu ilə baş məşqçi arasında gərginlik yaranıb
Kriştianu Ronaldu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuşdan narazıdır.
Portuqaliyalı hücumçu meydandan çox tez uzaqlaşdırılması ilə barışa bilmir.
O, mundialın hər üç oyununda - Qana ilə (3:2) 88-ci dəqiqədə, Uruqvayla (2:0) 82-də, Cənubi Koreya ilə (1:2) - 65-də əvəzlənib.
Sonuncu dəfə Ronaldu əvəzlənməyə çox emosional reaksiya verib.
Yayılan görüntülərdə onun Santuşa bağıraraq nəsə dediyi görünür. Oyundan sonra həm məşqçi, həm də hücumçu Ronaldunun emosional reaksiyasının Cənubi Koreya millisinin futbolçularından birinin davranışı ilə bağlı olduğunu bildiriblər.