Dəmir yumruq » İdman » 1-ci liqanı tərk edəcək komanda müəyyənləşir
İdman / Dün, 09:03

1-ci liqanı tərk edəcək komanda müəyyənləşir

 

Bu gün Azərbaycan 1-ci liqasında mövsümün sonuncu – 27-ci turuna start veriləcək.

QOL.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Bu  matçlardan sonra yarışı tərk edəcək və turnirdə qalmaq uğrunda pley-off oynayacaq komandalar bəlli olacaq.

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Şimal” “Cəbrayıl”la qarşılaşacaq. Xaçmaz təmsilçisi bu görüşdə xal itirəcəyi halda yarışı sonuncu pillədə başa vuracağı dəqiqləşəcək və liqanı tərk edəcək.

Digər görüşdə isə 9-cu sırada qərarlaşan “Difai” MOİK-in qonağı olacaq. “Difai” bu oyunda qalib gələrsə, 1-ci liqada qalmaq uğrunda pley-offda oynamaq şansı qazanacaq.

21 may (cümə axşamı)

Azərbaycan I Liqası
27-ci tur

17:00. “Cəbrayıl” – “Şimal” 
Şamaxı OİK stadionu

17:00. MOİK – “Difai”
Binə qəsəbə stadionu

22 may (cümə)

16:00. “Zaqatala” – “Şəfa”

17:00. “Şahdağ Qusar” – “Baku Sportinq”

17:00. “Mingəçevir” – “Səbail”


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.