Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.
Demiryumruq.az xəbər verir ki, son gündə ikinci finalçı bəlli olacaq.
“Sabah” doğma meydanda “Qarabağ”la qarşılaşacaq. Tərəflər arasındakı ilk oyunda qalib müəyyənləşməyib.
Xatırladaq ki, daha öncə “Zirə” “Turan Tovuz”la matçdan qalib ayrılaraq (2:0, 0:0) finala yüksəlib.
Azərbaycan Kuboku Yarımfinalın cavab oyunu
22 aprel “Sabah” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
“Bank Respublika Arena”, 20:00. İlk oyun – 2:2.
***
Komandaların start heyətləri açıqlanıb:
“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 70. Cesse Sekidika 11. Kahim Parris 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
“Qarabağ”: 99. Mateus Koxalski 27. Toral Bayramov 81. Kevin Medina (k) 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 11. Emmanuel Addai 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 22. Musa Qurbanlı 10. Abdullah Zubir 9. Joni Montiel 21. Aleksey Kaşuk 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
***
Matç başladı.
***
Baş hakim oyunun 35-ci dəqiqəsində “Qarabağ”ın qapıçısı Mateuş Koxalskiyə qırmızı vərəqə göstərir.
***
Leandro Andrade 40-cı dəqiqədə meydanı tərk edir. Koxalskinin yerinə Fabian Buntiç qapını qoruyacaq.
***
İlk hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
Matçın 50-ci dəqiqəsində Aleksey İsayev hesabı açsa da, ofsayd səbəbilə qol qeydə alınmır.
***
Kamilo Duran 59-cu dəqiqədə fərqlənir.
***
Velko Simiç 78-ci dəqiqədə hesabı bərabərləşdirir. Ümumi hesab 3:3-dür.
***
“Sabah” hesabda önə keçir. Patrik Mbina 88-ci dəqiqədə komandasındakı qolunu vurur.
***
Patrik Mbina 93-cü dəqiqədə növbəti dəfə fərqlənsə də, ofsayd səbəbilə qol qeydə alınmır.
***
“Sabah”ın legioneri Con Ley Mikelsin 94-cü dəqiqədə vurduğu qol da, ofsayd səbəbilə qeydə alınmır.
***
Matç 2:1 “Sabah”ın qələbəsi ilə başa çatır. Masazır təmsilçisi ümumi hesabda 4:3 qələbə qazanaraq Azərbaycan Kubokunda finala yüksəlir. Onun finaldakı rəqibi “Zirə” olacaq.