Dəmir yumruq » İdman » “Qarabağ” Toral Bayramovla bağlı QƏRAR VERDİ
İdman / Bugün, 09:59

“Qarabağ” Toral Bayramovla bağlı QƏRAR VERDİ

 

“Qarabağ” millimizin futbolçusu Toral Bayramovla bağlı qərarını verib.

Demiryumruq.az xəbər verir ki, rəhbərlik müdafiəçini komandada saxlamağı düşünür.

Ona hələlik yeni müqavilə təklif edilməsə də, Bayramovla yaxın vaxtda danışıqlar başlayacaq.

Futbolçunun yeni klub axtarışında olduğu barədə xəbərlər də dolaşır. Ancaq millimizin müdafiəçisi Ağdam klubunun yeni sözləşmə təklifini gözləyir.

O, “Qarabağ”ın müqavilə uzatmaq istəyini geri çevirməyəcək.

Xatırladaq ki, 25 yaşlı futbolçu cari mövsüm “Qarabağ” forması ilə bütün turnirlərdə 38 oyun keçirib, 8 qol vurub və 3 assist edib. Onun klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.