Misli Premyer Liqasında növbəti turun daha bir qarşılaşması baş tutub.
“Karvan-Yevlax” öz meydanında "Şamaxı"nı qəbul edib.
Ötən tur "Kəpəz"ə qalib gələn (4:1) meydan sahibləri bu dəfə rəqibini minimal hesabla üstələyib - 1:0.
Qələbə sayəsində xallarının sayını 14-ə çatdıran "Karvan-Yevlax" sonuncu - 12-ci pillədə qərarlaşıb. "Şamaxı" 32 xalla 7-ci sıradadır.
Qeyd edək ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.
***
XXVIII turun daha bir oyunu keçirilib.
"Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu Abdullah Xaybullayev vurub.
Bakı klubu 69 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən bir oyun az keçirən Ağdam təmsilçisi isə 56 xalla 2-ci sırada yer alıb.