Dəmir yumruq » İdman » Azərbaycan millisi Gürcüstana qarşı
İdman / Bugün, 09:09

Azərbaycan millisi Gürcüstana qarşı

 

Futzal üzrə Azərbaycan millisi bu gün Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

QOL.az xəbər verir ki, matç Tbilisi şəhərindəki İdman Sarayında oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan yığması daha 3 yoldaşlıq oyununa çıxacaq. Komanda aprelin 11-də yenidən Gürcüstanla üz-üzə gələcək. Ayın 13-ü və 15-də isə yığmamız Aktauda Qazaxıstan ilə qarşılaşacaq.

9 aprel

18:00. Gürcüstan – Azərbaycan

Tbilisi İdman Sarayı


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.