Dəmir yumruq » İdman » “Turan Tovuz”un futbolçusuna Türkiyə və Rusiya klublarından təklif var
İdman / 7-04-2026, 08:51

“Turan Tovuz”un futbolçusuna Türkiyə və Rusiya klublarından təklif var

"Turan Tovuz”un U-16 komandasının qapıçısı Yusif Həsənov yaşının az olmasına baxmayaraq, həmkarlarından seçilir. 185 sm boya malik qapıçı gənc yaşından Rusiya və Türkiyə klublarının diqqətini cəlb edib.

"Turan-Tovuz” akademiyasının da gələcəyinə ümid bəslədiyi qolkiper haqda bir neçə klubun nümayəndəsi də fikir bildirib. "Football-plus.az” həmin fikirləri təqdim edir.

Elçin Rzazadə, "Qəbələ” Akademiyasının qapıçılar üzrə əlaqələndiricisi:

"Yusif Həsənov bizim akademiyada olanda da istedadı ilə seçilirdi. Həqiqətən də çox potensiallı qapıçıdı. Üzərində çox işləsə, daha böyük klublarda görə bilərik”.

Ülfət Mədətov, "Tovuz Turan” Akademiyasının əlaqələndiricisi:

"Bəli, Yusif Həsənov hazırda bizim akademiyanın aşağı yaş qruplarının şərəfini qoruyur. Bizə dekabrda qoşulub. Onu deyə bilərəm ki, Yusif U-17 və əvəzedicici komanda ilə məşqə çıxır. Komandamıza da artıq uyğunlaşma prosesi gedir. Bütün hallarda uğurlar arzulayıram”.

Aqil Məmmədov, "Neftçi” Akademiyasının qapıçılar üzrə əlaqələndiricisi:

"Maşallah, Yusif çox tərbiyəli, potensiallıdı. Qapıçı performansı onu göstərir ki, gələcəkdə çox gözəl qapıçı olacaq. Fiziki göstəriciləri tam yüksək səviyyədədi. Bu yaşda ölkədə belə fiziki göstəricilərə malik çox az qapıçı var. Əlbəttə, Avropa klublarından təklif varsa, biz buna ancaq sevinə bilərik”.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.