Dəmir yumruq » İdman » Azərbaycan millisi Syerra Leoneyə qarşı
İdman / Dün, 10:40

Azərbaycan millisi Syerra Leoneyə qarşı

 

Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ikinci oyununa çıxacaq. 

QOL.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Syerra Leone yığması ilə üz-üzə gələcək. Bu, Azərbaycan millisinin tarixində Afrika təmsilçisinə qarşı ilk oyun olacaq. 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüş 19:00-da start götürəcək. 

Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Syerra Leone isə 119-cu yeri tutur.

Xatırladaq ki, Azərbaycan millisi martın 27-də Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edib.

“FIFA Series – 2026”

30 mart

19:00. Azərbaycan - Syerra Leone

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.